Digər · APA Sport
Qərar qüvvədə qaldı: Baloqun oynayacaq

FIFA Belçika Futbol Federasiyasının ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı etdiyi apellyasiya şikayətini təmin etməyib.
Apasport.az xəbər verir ki, qurum qırmızı vərəqə səbəbindən verilən 1 oyunluq cəzanın şərti olaraq təxirə salınmasına dair qərarı qüvvədə saxlayıb.
Bununla da Baloqun DÇ-2026-nın 1/8 finalında Belçikaya qarşı keçiriləcək oyunda meydana çıxmaq hüququ əldə edib.
Qeyd edək ki, Belçika Futbol Federasiyası FIFA-nın qərarının turnirin intizam qaydalarına zidd olduğunu bildirərək apellyasiya şikayəti vermişdi.
Federasiya qırmızı vərəqə alan futbolçunun növbəti oyunu avtomatik buraxmalı olduğunu əsas gətirmişdi. Lakin FIFA bu etirazı qəbul etməyib.