"Qarabağ" komandası 15 ildən sonra ilk dəfə ardıcıl üç oyunda qol vura bilməyib

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 13° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Qarabağ" komandası 15 ildən sonra ilk dəfə ardıcıl üç oyunda qol vura bilməyib Futbol 08 noyabr, 2026 14:29 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" Misli Premyer Liqasındakı qolsuzluq seriyasını 3-ə çatdırıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv son 15 mövsümdə ilk dəfə belə seriya ilə üzləşib.
"Sabah" və "Qəbələ" ilə qolsuz heç-heçələrdən sonra Ağdam klubu XI turda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub.
"Qarabağ" sonuncu dəfə 2011/2012 mövsümündə ardıcıl üç qarşılaşmada qol vurmayıb.
15 il 3 ay əvvəl – 2011-ci il avqustun 21-də "Kəpəz"i səfərdə 2:1 hesabı ilə məğlub etdikdən sentyabrın 24-də AZAL-ın meydanındakı 3:1 hesablı qələbəyədək Ağdam klubu üç qolsuz görüş keçirib. Evdə avqustun 27-də "Qəbələ, sentyabrın 17-də "Xəzər Lənkəran"a eyni – 0:1 hesabı ilə uduzan komanda sentyabrın 11-də Sumqayıtda eyniadlı komanda ilə heç-heçə edib – 0:0.
"Qarabağ"ın Azərbaycan çempionatlarındakı ən uzun qolsuz seriyası 4 matçdan ibarətdir. Belə seriya 2 dəfə qeydə alınıb. Ağdam klubu daha bir görüşdə fərqlənə bilməsə, bu antirekordu təkrarlayacaq.
Qeyd edək ki, "Qarabağ" həm də ardıcıl 4 oyunda qələbə qazanmamaqla son 11 mövsümdə ilk dəfə belə halla üzləşib. Ağdam klubu sonuncu dəfə 2015/2016 mövsümündə belə seriya yaşayıb.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 13° C Son xəbərlər 15:34 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib Hərbi 15:27 Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb Futbol 15:24 Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub Digər ölkələr 15:19 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib Digər ölkələr 15:15 Foto Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda Zəfər Günü qeyd olunub Daxili siyasət 15:11 Video Prezidentin sosial media hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Daxili siyasət 15:10 "Araz-Naxçıxan" son dörd mövsümün antirekorduna imza atıb Futbol 15:08 Foto Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib Daxili siyasət 15:02 Foto Biləsuvar, Cəlilabad və İmişlidə Zəfər Günü qeyd olunub Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.