“Qarabağ” “28 Mall”da yeni mağaza açacaq

“Qarabağ” futbol klubu azarkeşləri üçün yeni rəsmi satış mağazası istifadəyə verəcək.
Apasport.az xəbər verir ki, komandanın yeni fan şop mağazası paytaxtın 28 Mall ticarət mərkəzində fəaliyyət göstərəcək.
Müasir üslubda qurulan mağazada “Qarabağ”ın rəsmi oyun və məşq geyimləri, gündəlik geyimlər, azarkeş ləvazimatları, aksessuarlar, xatirə əşyaları və digər lisenziyalı məhsullar satışa çıxarılacaq.
Mağazanın avqustun ortalarında açılması nəzərdə tutulur. Açılışın dəqiq tarixi, keçiriləcək tədbirlər və azarkeşlər üçün hazırlanmış kampaniyalar barədə məlumat klubun rəsmi informasiya vasitələrində açıqlanacaq.
Qeyd edək ki, yeni mağazanın açılması “Qarabağ”ın azarkeşlərə daha yaxın olmaq, onlara daha keyfiyyətli xidmət göstərmək və klubun brendini inkişaf etdirmək istiqamətində atdığı növbəti addımdır.