Digər · APA Sport
Rumıniyalı müdafiəçi "Şəfa"da - RƏSMİ

“Şəfa” növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Bakı klubu müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Draqu son olaraq “Unirea Sloboziya” klubunda çıxış edib. Karyerası ərzində isə “Vitorul Tarqu", “Botoşani” və “Universitatea Krayova” kimi komandaların formasını geyinib.