İdman24
Digər · APA Sport

Zaur Həşimov: “Qarşıda uzun marafon var”

Misli Premyer Liqasının II turunda "Şəfa" "İmişli"ni qəbul edib - 0:1.

Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.

"Yaxşı oyun alındı. Həm yüksək temp, həm də çoxlu mübarizə ilə yadda qalan dinamik qarşılaşma idi. İkinci hissəyə yaxşı başlamadıq və həmin vaxt biz qol imkanından yararlandıq. Ümumilikdə, komandanın oyunundan narazı qalmadım. Qarşıda uzun bir marafon var və yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik.

İlk turda da qənaətbəxş çıxış etdiyimizi düşünürəm. Fikrimcə, bu turda da komandam pis deyildi. Epizodlarımız çox oldu, yararlana bilmədik".

Orijinal mənbə

İdman24 əsas səhifə