"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 15° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb Futbol 08 noyabr, 2026 04:04 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real Madrid" futbol klubu 2022-ci ildən bəri ilk dəfə bütün turnirlərdə ardıcıl səkkizinci qələbəsini qazanıb.
"Report" xəbər verir ki, sonuncu qələbəsini portuqaliyalı baş məşqçi Joze Mourinyonun rəhbərlik etdiyi komanda "La Liqa"nın 12-ci turunda səfərdə "Valensiya" üzərində qazanıb (3:0).
Daha əvvəl madridlilər ardıcıl olaraq "Vilyarreal" (1:0), "Roma" (4:3), "Sevilya" (4:1), "RB Leypsiq" (4:1), "Barselona" (2:1), "Rasinq Santander" (3:0) və "AEK" (3:2) ilə oyunlardan qalib ayrılıb.
Beləliklə, "Real" səkkiz qarşılaşmada 24 qol vurub, 8 qol buraxıb.
"Valensiya" üzərində qələbə sayəsində Madrid klubu xal sayını 30-a çatdırıb və turnir cədvəlində lider olan "Barselona"ya çatıb, lakin kataloniyalıların ehtiyatda oyunu qalmaqdadır. Belə ki, "Barsa" vurulmuş və buraxılmış qolların daha yaxşı fərqinə görə birinci yeri qoruyub saxlayır.
Sonuncu dəfə bütün turnirlərdə belə uzun qələbə seriyasını "Real" 2022/23 mövsümündə qeydə almışdı. O zaman Karlo Ançelottinin komandası ardıcıl doqquz matçda qələbə qazanıb.
Ançelotti həmçinin "Kral klubu"nun məşqçiləri arasında qələbə seriyasının müddətinə görə rekord sahibidir. "Bernabeu"da ikinci mövsümündə italyalı mütəxəssisin rəhbərliyi altında komanda 2014-cü ilin sentyabrından dekabrına qədər ardıcıl 22 qələbə qazanıb. Bu seriya Çempionlar Liqasının qrup mərhələsinin ilk günündə "Bazel"ə qarşı matçla başlayıb ("Bernabeu"da 5:1) və klublararası dünya çempionatının finalına və təqvim ilinin son oyununa təsadüf edən "San-Lorenso" ilə qarşılaşmayla (2:0) bitib. "Valensiya" 2015-ci ilin ilk görüşündə ("Mestalya"da 2:1) bu seriyaya son qoyub.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı "Реал Мадрид" выдал лучшую победную серию с 2022 года --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 15° C Son xəbərlər 04:44 Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib Digər ölkələr 04:21 Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb Digər ölkələr 04:04 "Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb Futbol 03:38 UFC-nin rəhbəri Ağ Evdə mətbuat katibi olmaq istəməyib Digər ölkələr 03:08 Yüksək təzyiqə qarşı inqilabi kəşf Sağlamlıq 02:52 Video Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb Xarici siyasət 02:40 SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb Region 02:20 "Real" səfərdə "Valensiya"nı darmadağın edib Futbol 02:05 Video ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.