İdman24
Digər · Report İdman

Səkinə Musayeva: "Asan qələbə qazanacağımızı düşünmürdük"

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Səkinə Musayeva: "Asan qələbə qazanacağımızı düşünmürdük" Fərdi 11 oktyabr, 2026 20:48 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Qadın həndbolçulardan ibarət "Kür" komandası EHF Avropa Kubokunun II təsnifat mərhələsində Kiprin APOEL komandası üzərində asan qələbə qazanacağını düşünməyib.

Bunu "Report" un Mingəçevirə ezam olunmuş əməkdaşına açıqlamasında "Kür" komandasının üzvü Səkinə Musayeva bildirib.

O, APOEL üzərində 39:13 hesablı qələbə qazandıqları cavab oyunundan sonra fikirlərini bölüşüb.

"Rəqibi təhlil etmişdik. Asan qələbə qazanacağımızı düşünmürdük. Meydanda sonadək mübarizə apardıq. Hər oyunda mübarizə aparmaq lazımdır. Rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Hər zaman öz oyunumuzu göstərməliyik", – həndbolçu deyib.

S.Musayeva növbəti rəqiblə qarşılaşmanı səbirsizliklə gözlədiklərini bildirib.

"Növbəti rəqibimizi gözləyirik. Qarşılaşacağımız komanda müəyyənləşəndən sonra onun haqqında fikir bildirə bilərik. Həmin mərhələdə də azarkeşlərimizi sevindirməyə çalışacağıq", – o əlavə edib.

Qeyd edək ki, "Kür" komandası ötən gün eyni arenada keçirilən ilk oyunda da APOEL-i 40:18 hesabı ilə məğlub edib. Beləliklə, Azərbaycan təmsilçisi EHF Avropa Kubokunun III təsnifat mərhələsinə vəsiqə qazanıb. Komandanın növbəti mərhələdəki rəqibi oktyabrın 13-də müəyyənləşəcək.

Giriş cümləsini daha axıcı etOyunun nəticələrini daha yığcam ver

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 21:15 "Tasnim": ABŞ-nin hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşıb Region 21:02 İran ABŞ-nin şərtlərinə cavab verib Region 20:54 Bolqarıstanda bir əsrlik temperatur rekordu yenilənib Digər ölkələr 20:48 Səkinə Musayeva: "Asan qələbə qazanacağımızı düşünmürdük" Fərdi 20:34 Premyer Liqada VII tura "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub Futbol 20:31 Foto Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub - YENİLƏNİB-2 Fərdi 20:28 İsrail ordusu HƏMAS-ın "Nuxba" bölməsinin komandirini öldürdüyünü açıqlayıb Digər ölkələr 20:25 Foto Video Biləsuvarda qəza zamanı ölən və yaralıların kimliyi məlum olub - YENİLƏNİB Hadisə 20:13 Polşada Baş naziri öldürməklə hədələyən şəxs saxlanılıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə