İdman24
Futbol · Report İdman

Ayxan Abbasov: "Millimizin futbolçuları hazırda yaxşı formadadırlar"

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü Bakı 12° C USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Ayxan Abbasov: "Millimizin futbolçuları hazırda yaxşı formadadırlar" Futbol 12 noyabr, 2026 21:50 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan millisinin futbolçuları hazırda yaxşı formadadırlar.

"Report" xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynə qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis çətin oyuna çıxacaqlarını bildirib:

"Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuza çıxacağıq. Daha sonra bizi Andorra seçməsi ilə yoldaşlıq matçı gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyununa bələdik, Bakıda bu komanda ilə bərabərə qalmışdıq. Evdə daha inamlı çıxış etmək istəyəcəklər. Komanda olaraq görüşə hazırıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Premyer Liqada qızğın mübarizə gedir və futbolçularımız yaxşı formadadırlar. İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq".

O, oyun ərəfəsində kənar söz-söhbətlərə fikir vermədiklərini, ancaq Lixtenşteynlə görüşə kökləndiklərini vurğulayıb:

"Toplanışlar zamanı futbolçularla danışıqlarımız olur. Müasir zəmanədir, bir çox futbolçular sosial şəbəkələrdən istifadə edirlər. Neqativdən uzaq qalmağa çalışırıq. Oyunçularla son görüşümüzdə də Lixtenşteyn komandasını təhlil etdik. Çünki tam oyuna köklənmişik. Düşünürəm ki, kənar müdaxilələrə çox da fikir vermək lazım deyil. Komandaya qarşı müəyyən tənqidlər ola bilər, bu normaldır. Lakin biz hər xırda detala fikir versək, ziyanımıza işləyə bilər. Bizə qarşı olan tənqidlərin cavabını qələbə ilə verə bilərik".

Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 03:25 Tramp ABŞ müttəfiqlərini qorumaq üçün İrana qarşı güc tətbiqini istisna etməyib Digər ölkələr 02:35 Foto Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib Xarici siyasət 02:13 Azərbaycan Avropaya qaz ixracını artıracaq Energetika 02:09 Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq Energetika 02:02 Foto İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - Yenilənib Xarici siyasət 01:41 Millətlər Liqası: İtaliya Fransanı məğlub edib, Türkiyə qələbəni əldən verib Komanda 01:27 Harri Keyn İngiltərə millisində oyun sayına görə rekord müəyyənləşdirib Futbol 01:17 Foto Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb Xarici siyasət 01:15 Vaşinqtonda atışmanın təfərrüatları məlum olub Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə