İdman24
Digər · Report İdman

Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman: "Kokauri dünya səviyyəli idmançıdır"

İlham Əliyev Zəfərə gedən yol Bakı 23° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman: "Kokauri dünya səviyyəli idmançıdır" Fərdi 12 oktyabr, 2026 15:49 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya səviyyəli idmançıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın cüdo millilərinin performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, Uşanqi Kokaurinin (+100 kq) çıxışını xüsusi qiymətləndirib:

"Uşanqinin artıq kifayət qədər yaşı var. Eyni zamanda, təcrübəli idmançıdır. Son nəticəsi də bir daha göstərdi ki, dünya səviyyəli idmançıdır və hələ də Los-Anceles Olimpiadasına qatılmağı hədəfləyir. Çox şadıq ki, bu çəki dərəcəsində komandamız daxilində artıq rəqabət var. Uşanqi Kokauri Əbu-Dabidə keçiriləcək beynəlxalq yarışda iştirak etmək istəyir. O, hazırda komandada ən çox məşq edən idmançılarımızdan biridir. Buna görə də onun əldə etdiyi nəticə təsadüfi deyil".

Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 18:34 Tramp: Aİ enerji resursları üçün Rusiyaya 250 milyard dollar ödəyib Digər ölkələr 18:29 Pərviz Səfərov: Azərbaycana indiyədək 500-dən çox ukraynalı uşaq gətirilib Xarici siyasət 18:27 Foto Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb Daxili siyasət 18:25 İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək Region 18:23 Foto Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı ixtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib Sağlamlıq 18:14 Estoniyanın yeni Prezidenti Madize vəzifəsinin icrasına başlayıb Digər ölkələr 18:09 "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir" Futbol 18:08 Foto Video "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Hərbi 18:06 "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov: "Slaviya"nı yaxşı təhlil etmişik" Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə