Digər · APA Sport
“Mingəçevir Reqatası-2026” öncəsi hakimlərin iclası keçirilib

“Mingəçevir Reqatası-2026” beynəlxalq turniri öncəsi hakimlərin iclası keçirilib.
Apasport.az xəbər verir ki, görüşdə yarışların keçirilməsi qaydaları, hakimlərin fəaliyyət istiqamətləri və texniki məsələlər müzakirə olunub.
Həmçinin yarışın start və finiş nöqtələri müəyyənləşdirilib, fotofiniş sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri dəqiqləşdirilib.
Hakimlərə yarış zamanı diqqət yetiriləcək əsas məqamlar və texniki tələblərlə bağlı məlumat verilib.