İdman24
Digər · APA Sport

"2026 US Open" - Zverev çempion oldu

Almaniyalı tennisçi Aleksandr Zverev "US Open" turnirinin kişilər arasında fərdi yarışında çempion olub.

Apasport.az xəbər verir ki, 29 yaşlı raketka ustası finalda amerikalı Ben Şeltonu 3:1 hesabı ilə məğlub edib.

Zverev qarşılaşmada 6:3, 7:6 (7:2), 5:7, 6:2 hesabları ilə qalib gələrək karyerasında ilk dəfə ABŞ Açığın baş mükafatına sahib çıxıb. Bu, almaniyalı tennisçinin karyerasında ikinci “Böyük Dəbilqə” tituludur. O, 2026-cı ildə “Rolan Qarros”un da qalibi olmuşdu.

Zverev 2020-ci ildə ABŞ Açığın finalına yüksəlsə də, həmin vaxt Dominik Timə uduzmuşdu.

Qeyd edək ki, Şelton 1/4 finalda Karlos Alkarası, yarımfinalda isə Frensis Tiafonu mübarizədən kənarlaşdırmışdı.

Orijinal mənbə

İdman24 əsas səhifə