Digər · APA Sport
Argentina-İordaniya: Lo Selso ən yaxşı seçildi

Argentina millisinin yarımmüdafiəçisi Covanni Lo Selso İordaniya ilə oyunun ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, FIFA onu DÇ-2026-nın J qrupunun III turunun ən yaxşı oyunçusu elan edib.
Lo Selso Argentina yığmasının 3:1 hesablı qələbəsində hesabı açan qola imza atıb. O, görüşü 8,6 reytinq balı ilə başa vurub.
Qeyd edək ki, Argentina qrup mərhələsini 9 xalla lider tamamlayıb və 1/16 finalda Kabo-Verde ilə qarşılaşacaq.