Futbol · APA Sport
“Turan Tovuz” Türkiyədə qələbə qazandı

Yeni mövsümə hazırlığını Türkiyənin Ankara şəhərində davam etdirən “Turan Tovuz” növbəti yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda Türkiyənin I Liqa təmsilçisi “Iğdır”la qarşılaşıb.
Qarşılaşma Tovuz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaya qələbə qazandıran yeganə qolu Jo Batista vurub.
Qeyd edək ki, “Turan Tovuz” Ankaradakı hazırlıq çərçivəsində daha əvvəl İranın U-21 millisi və Türkiyənin “Fatih Karagümrük” klubu ilə də üz-üzə gəlib. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb.