İdman24
Digər · APA Sport

AFFA I və II Liqa klublarını CƏRİMƏLƏYİB

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

04.11.2026-cı il tarixində I Liqada VII turun “Mingəçevir” - “Şahdağ Qusar” oyunu “Mingəçevir” komandasının görüşə gəlməməsi səbəbindən baş tutmadığına görə “Mingəçevir” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Mingəçevir” komandası 3000 manat cərimə edilsin (maddə 79.1);

05.11.2026-cı il tarixində I Liqada VII turun “Baku Sportinq” - “Xankəndi” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

05.11.2026-cı il tarixində I Liqada VII turun “Zaqatala” - MOİK oyununda xərəkdaşıyanlar olmadığına görə “Zaqatala” komandası 600 manat cərimə edilsin (maddə 59.1);

05.11.2026-cı il tarixində I Liqada VII turun “Səbail” – “Gəncəbasar” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Səbail” komandası 300 manat cərimə edilsin (maddə 99, 94, 68.1);

01.11.2026-cı il tarixində II Liqada IX turun “Ağstafa Gəncləri”– “Şəki” oyununun 2-ci hissəsi “Şəki” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Şəki” komandası 300 manat cərimə edilsin (maddə 77.4);

02.11.2026-cı il tarixində II Liqada IX turun “Ağdaş”– “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Ağdaş” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);

02.11.2026-cı il tarixində II Liqada IX turun “Ağdaş”– “Kür-Araz” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Ağdaş” komandası 250 manat cərimə edilsin (maddə 99, 94, 68);

02.11.2026-cı il tarixində II Liqada IX turun “Ağdaş”– “Kür-Araz” oyunu “Kür-Araz” komandasının oyunçusunun formasında problem olması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 150 manat cərimə edilsin (maddə 83.5);

02.11.2026-cı il tarixində II Liqada IX turun “Ağdaş”– “Kür-Araz” oyununda “Kür-Araz” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kür-Araz” komandası 250 manat cərimə edilsin (maddə 99, 94, 68);

03.11.2026-cı il tarixində II Liqada IX turun “Zəngəzur”– “Şəmkir” oyununda “Zəngəzur” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zəngəzur” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

03.11.2026-cı il tarixində II Liqada IX turun “Zəngəzur”– “Şəmkir” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

03.11.2026-cı il tarixində II Liqada IX turun “Zəngəzur”– “Şəmkir” oyunundan əvvəl “Şəmkir” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Şəmkir” komandası 150 manat cərimə edilsin (maddə 84.1);

03.11.2026-cı il tarixində II Liqada IX turun “Marafon”– “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

03.11.2026-cı il tarixində II Liqada IX turun “Dinamo”– “Şirvan” oyununun 85-ci dəqiqəsində “Dinamo” komandasının 4 nömrəli futbolçusu Raul Musayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Dinamo” komandası 100 manat cərimə edilsin (maddə 46);

03.11.2026-cı il tarixində II Liqada IX turun “Dinamo”– “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

28.10.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş Qəbələ İK – Neftçi PFK oyununda Qəbələ İK komandasının 7 nömrəli futbolçusu Hüseyn Xasməmmədli qarşılaşmanın 71-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4).

28.10.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş Qəbələ İK – Neftçi PFK oyununda Qəbələ İK komandasının 18 nömrəli futbolçusu Allahverdi Şirinov qarşılaşmanın 71-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).

28.10.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş Qəbələ İK – Neftçi PFK oyununda Qəbələ İK komandasının rəsmisi Şəhriyar Kərimli qarşılaşmanın 71-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4).

01.11.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən İmişli FK – Lion PFK oyununda Lion PFK komandası qarşılaşmanın 29-cu dəqiqəsində meydanı tərk etdiyinə görə Lion PFK komandasına texniki məğlubiyyət verilsin, hesab olduğu kimi saxlanılsın (maddə 77.1).

28.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Şəfa FK – European FA oyununda European FA komandasının 17 nömrəli futbolçusu Amin Abdullayev qarşılaşmanın 86-cı dəqiqəsində rəqib futbolçunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 52.3).

31.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş İmişli FK – Kəpəz PFK oyununda Kəpəz PFK komandasının 9 nömrəli futbolçusu Elgün Sadıqov qarşılaşmanın 56-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).

31.10.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilmiş Səbail PFK – Neftçi PFK oyununda Neftçi PFK komandasının 4 nömrəli futbolçusu Riyad Cəfərov qarşılaşmanın 32-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).

31.10.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilmiş Səbail PFK – Neftçi PFK oyununda Neftçi PFK komandasının 14 nömrəli futbolçusu Məhəmməd Vəlizadə qarşılaşmanın 57-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün nö

Orijinal mənbə

İdman24 əsas səhifə