Premyer Liqa: Bu gün "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 12° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Premyer Liqa: Bu gün "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq Futbol 22 noyabr, 2026 09:05 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Misli Premyer Liqasının XII turunda "Kəpəz" Gəncə stadionunda "Qarabağ"ı qəbul edəcək.
"Report" un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.
Matçda anşlaqın olması gözlənilir.
Ağdam təmsilçisi dörd oyundur ki, qələbə qazana bilmir. Komanda son üç matçda rəqib qapılarına qol vurmağı bacarmayıb.
Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv cari mövsüm doğma meydanda keçirdiyi matçlarda olduqca uğurlu qrafik cızıb. "Sarı-göylər" altı ev oyununda üç qələbə qazanıb, iki dəfə heç-heçə edib və cəmi 1 qarşılaşmada uduzub.
Tərəflər arasında son iki görüşdə gəncəlilər qələbəni bayram edib. Komandalar bu günə kimi ölkə çempionatında 64 dəfə qarşılaşıblar. Bu duellərin 16-da "Kəpəz", 36-da "Qarabağ" meydanı qalib tərk edib, 12 oyunda isə qalib müəyyənləşməyib.
Hazırda turnir cədvəlində "köhlən atlar" 19 xalla beşinci, qərb təmsilçisi isə 17 xalla altıncıdır.
Günün digər görüşündə isə "Neftçi" səfərdə "Araz-Naxçıvan"ın qonağı olacaq. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da başlayacaq.
"Ağ-qaralar" son 8 oyunda məğlub olmayıb. Naxçıvan kollektivi isə cari mövsüm qələbə üzünə həsrətdir.
Bakı komandası 24 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. Bölgə kollektivi isə 4 xalla sonuncu - on ikinci sırada qərarlaşıb.
14:30. "Araz-Naxçıvan" – "Neftçi"
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev
Xatırladaq ki, XII turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"ı (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:0), "Qəbələ" isə "Şəfa"nı (2:0) məğlub edib.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Премьер-лига: "Карабах" сегодня на выезде в Гяндже встретится с "Кяпязом" --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 23:56 Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir Digər ölkələr 23:32 Foto Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb Mədəniyyət siyasəti 23:22 Kuşner: ABŞ Ukrayna, Rusiya və Avropa ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək Digər ölkələr 23:08 Foto Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb Hadisə 23:00 Gürcüstan prezidenti 232 nəfəri əfv edib Region 22:45 Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir Digər ölkələr 22:41 Qazaxda 63 yaşlı kişi Kürdə batıb Hadisə 22:19 İtaliyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb Xarici siyasət 22:07 Türkiyə COP31-də kompromisə nail olmaq üçün bütün imkanlardan istifadə edib Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.