İdman24
Digər · APA Sport

“Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi

Futbol üzrə Portuqaliya Kubokunda “Torrense” və “Benfika” arasında keçirilən qarşılaşmada bədbəxt hadisə baş verib.

Apasport.az xəbər verir ki, matçın fasiləsində meydan sahibi komandanın azarkeşlərindən biri özünü pis hiss edib.

Stadionda tibbi yardım göstərilən azarkeş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. Qurum azarkeşin ürək və tənəffüs problemləri yaşadığını bildirərək ailəsinə və yaxınlarına başsağlığı verib.

Qarşılaşmanın son dəqiqələrində “Benfika” azarkeşlərindən biri də özünü pis hiss edib. Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.

“Benfika”nın baş məşqçisi Marko Silva oyundan sonra keçirilən mətbuat konfransında hadisələrə münasibət bildirib:

“Fasilədə nə baş verdiyindən xəbərim yox idi. Bunu mətbuat konfransına gəlməzdən bir neçə dəqiqə əvvəl öyrəndim. Nəsə baş verdiyini hiss etmişdim və həkimimizdən vəziyyətlə maraqlanmasını istədim. Oyunun dayandırılmalı olub-olmadığına gəlincə, Portuqaliyada bu məsələ ilə bağlı qaydaları dəqiq bilmirəm. Əsas odur ki, belə hallarda tibbi yardım mümkün qədər tez göstərilsin”.

Qeyd edək ki, Portuqaliya Kubokunun IV mərhələsində keçirilən görüş “Benfika”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində Con Duran, Canluka Prestiyanni və Yakub Kaminski fərqləniblər. “Torrense”nin yeganə qolunu Musa Dramme vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə