İdman24
Voleybol · Report İdman

Azərbaycanlı voleybolçu Dilarə Ağayeva: "Hər oyunda qələbə qazanmaq üçün əlimizdən gələni etdik"

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 14° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycanlı voleybolçu Dilarə Ağayeva: "Hər oyunda qələbə qazanmaq üçün əlimizdən gələni etdik" Komanda 23 noyabr, 2026 15:12 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının I təsnifat mərhələsində hər qarşılaşmada qələbə qazanmaq üçün əlindən gələni edib.

"Report" xəbər verir ki, bunu yığmanın kapitanı Dilarə Ağayeva Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Voleybolçu yarışdakı çıxışlarını dəyərləndirib:

"Bu turnirdə əsas məqsədimiz hər oyunda sona qədər mübarizə aparmaq idi. Fikrimcə, komanda şəklində buna nail olduq və hər qarşılaşmada qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Qrup mərhələsində Estoniya və Ukrayna millilərinə məğlub olsaq da, hər iki oyunda layiqli mübarizə apardıq. Qeydə alınan nəticələr də komandalar arasında rəqabətin kifayət qədər gərgin olduğunu göstərdi. Belə ki, Litva seçməsi Ukrayna və Estoniya yığmalarını məğlub etdi, biz isə Litva və Gürcüstan millilərinə qalib gəldik".

Komandanın kapitanı gələcək planlarından da danışıb:

"Ümumilikdə, bu turnirdə qarşımıza qoyduğumuz hədəflərin bir qisminə çatdıq. Əlbəttə, daha yaxşı nəticə göstərə bilərdik. Lakin bu yarış bizim üçün təcrübə qazanmaq və qarşıdakı mərhələlərə hazırlaşmaq baxımından çox faydalı oldu. İndi əsas məqsədimiz səhvlərimiz üzərində çalışmaq və növbəti turnirlərdə daha yaxşı çıxış etməkdir".

Qeyd edək ki, noyabrın 19-22-də Estoniyanın Kaariku şəhərində keçirilən yarışın B qrupunda yer alan Azərbaycan seçməsi ev sahiblərinə 2:3, Ukraynaya 1:3 hesabı ilə uduzub. Litvaya isə 3:1 hesabı ilə qalib gəlib. Kollektiv turnirin 5-ci yer uğrunda görüşündə Gürcüstanı 3:0 hesabı ilə məğlub edib.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 16:45 Rütte NATO-nun 1997-ci il sərhədlərinə qayıtması ehtimalını rədd edib Digər ölkələr 16:42 Foto Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək Energetika 16:40 Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 58 %-ə yaxın artıb İKT 16:40 Foto Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Fərdi 16:38 Foto Azərbaycan və İtaliya XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib Xarici siyasət 16:35 Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb Maliyyə 16:34 Razılaşdırma sənədi qəbul edilməyən COP - qlobal güclərin məsuliyyəti Analitika 16:32 Foto Bakı metrosunda xidmətlərin müasir tələblərə uyğunlaşdırılması müzakirə olunub İnfrastruktur 16:32 Samir Şərifov: Azərbaycan Türkmənistanın qlobal sülh addımlarını dəstəkləyir Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə