Digər · APA Sport
“Mingəçevir” məşqləri bərpa etdi – EKSKLÜZİV

Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” məşqləri bərpa edib.
"Apasport"un əldə etdiyi məlumata görə, bu gün komandanın məşq prosesi baş tutub.
Maliyyə problemləri səbəbindən son oyununa çıxmayan Mingəçevir təmsilçisi hazırlıqlarını davam etdirməyə başlayıb.
Qeyd edək ki, “Mingəçevir”in son qarşılaşmaya çıxmamasına səbəb futbolçuların maaşlarının gecikdirilməsi olub.