İdman24
Futbol · APA Sport

“Napoli”nin sabiq futbolçusu II Liqa klubunda - RƏSMİ

İtaliyalı hücumçu Lorenzo İnsinye karyerasını “Sampdoriya”da davam etdirəcək.

Apasport.az xəbər verir ki, Genuya təmsilçisi sabiq “Napoli” futbolçusunun transferini rəsmən açıqlayıb.

34 yaşlı oyunçu ilə 2027-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanıb.

Qeyd edək ki, İnsinye bu ilin yanvar ayından “Peskara”nın formasını geyinirdi. Komanda ötən mövsüm Serie B-ni sonuncu pillədə başa vurub. Təcrübəli futbolçu həmin müddətdə keçirdiyi 13 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Orijinal mənbə

İdman24 əsas səhifə