Sneyder Serxio Ramosun hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb

İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 10° C USD - 1.700 EUR - 1.863 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead Sneyder Serxio Ramosun hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb Futbol 26 noyabr, 2026 17:03 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder İspaniya yığmasının keçmiş müdafiəçisi Serxio Ramosun ona hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın "Cadena SER" radiostansiyası məlumat yayıb.
Bildirilir ki, Serxio Ramos sözügedən formanı 2010-cu ildə keçirilən dünya çempionatının final matçından sonra Sneyderə hədiyyə edib. Həmin qarşılaşmada İspaniya seçməsi əlavə vaxtda Niderlandı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Sneyder eyni hərracda final oyununda geyindiyi öz formasını da satışa çıxarıb və ona görə 5 min avro əldə edib.
Qeyd edək ki, Uesli Sneyder 2007–2009-cu illərdə Madridin "Real" klubunda Serxio Ramosla birgə çıxış edib. O, 2003–2018-ci illərdə Niderland komandasının formasını geyinib, 134 oyunda 31 qol vurub. Bu göstərici ilə Sneyder milli komandanın tarixində ən çox oyun keçirən futbolçu rekordunun sahibidir.
Sabiq yarımmüdafiəçi Niderlandın heyətində 2010-cu ildə dünya çempionatının gümüş, 2014-cü ildə isə bürünc medalını qazanıb. O, həmçinin 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı olub.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.863 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 10° C Son xəbərlər 20:39 Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna zərbə endiriblər Digər ölkələr 20:32 Foto Mətbuat Şurasında dezinformasiya və manipulyasiya təmayülləri müzakirə edilib Media 20:14 Foto Video Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Daxili siyasət 20:12 PSJ-nin qapıçısı Luka Şevalye klubu tərk etməyi düşünür Futbol 20:05 Tramp Putini Avropada "hərbi təcavüzü" dayandırmağa çağırıb Digər ölkələr 20:01 SOCAR-da I yarımilin maliyyə və əməliyyat nəticələri müzakirə edilib Energetika 19:38 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Region 19:30 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Xarici siyasət 19:27 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.