İdman24
Futbol · APA Sport

Azərbaycan Kuboku: "Zirə" "Səbail"ə qarşı - YENİLƏNİR

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçiriləcək.

Premyer Liqa təmsilçilərindən “Araz-Naxçıvan” “Şimal”ın, “Sumqayıt” “Kür-Araz”ın qonağı olacaq. “Qəbələ” doğma meydanda “Mingəçevir”i qəbul edəcək. “Zirə” isə səfərdə “Səbail”lə üz-üzə gələcək.

Günün digər matçında “Marafon” və “Zaqatala” komandaları qarşılaşacaqlar.

Bu mərhələdə qaliblər bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək.

Azərbaycan Kuboku II təsnifat mərhələsi 27 oktyabr

14:00. “Şimal” – “Araz-Naxçıvan” Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev. Stadion: Şamaxı şəhər stadionu.

14:00. “Marafon” – “Zaqatala” Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov. Stadion: “Marafon Arena”.

17:00. “Kür-Araz” – “Sumqayıt” Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev. Stadion: “SOCAR Polymer Arena”.

17:00. “Qəbələ” – “Mingəçevir” Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov. Stadion: Qəbələ şəhər stadionu.

18:00. “Səbail” – “Zirə” Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev. Stadion: “Bank Respublika Arena”.

Qeyd edək ki, Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə