İdman24
Gimnastika · APA Sport

Azərbaycan komandası Avropa festivalında qızıl medal qazanıb

İtaliyanın Pistoya şəhərində “Gimnastika hamı üçün” növü üzrə 5-ci “European Gym for Life Challenge” festivalı keçirilib.

Apasport.az xəbər verir ki, 21 ölkədən 4000-ə yaxın gimnastın qatıldığı yarışda Azərbaycanı təmsil edən “Flame” komandası uğurlu çıxışı ilə seçilib.

Komandamız 74 iştirakçı arasında kiçik komandalar kateqoriyasında təqdim etdiyi kompozisiya ilə qızıl medala layiq görülüb.

Qeyd edək ki, iyulun 12-16-da Pistoyada “Gimnastika hamı üçün” növü üzrə “EUROGYM 2026” festivalı keçirilir. İki ildən bir təşkil olunan tədbirdə bu dəfə 25 ölkədən 5000-ə yaxın gimnast iştirak edir. Festival müxtəlif yaş qruplarından olan iştirakçılar üçün təcrübə mübadiləsi aparmaq, bacarıqlarını nümayiş etdirmək və beynəlxalq dostluq əlaqələrini gücləndirmək imkanı yaradır.

Orijinal mənbə

İdman24 əsas səhifə