İdman24
Futbol · APA Sport

Serdal Adalı: “Salah transferini biz istəmədik”

“Beşiktaş”ın prezidenti Serdal Adalı “Trabzonspor”a keçidi rəsmiləşən Məhəmməd Salahla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az xəbər verir ki, klub rəhbəri misirli futbolçunun transferi ilə maraqlanmadıqlarını söyləyib:

“Salah transferini biz istəmədik. Qoy bunu hamı yaxşı bilsin. Biz onu transfer etməyə çalışmamışıq. Guya transferdə uduzmuşuq, onu ala bilməmişik… Belə bir vəziyyət yoxdur”.

Qeyd edək ki, daha əvvəl “Beşiktaş”ın Məhəmməd Salahla danışıqlar apardığı iddia olunurdu. Lakin tərəflər arasında razılaşma əldə olunmayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə