Moldovanın səfiri: Qarabağdakı insanların xoşbəxt üzləri burada həqiqətən həyat olduğunu göstərir

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Moldovanın səfiri: Qarabağdakı insanların xoşbəxt üzləri burada həqiqətən həyat olduğunu göstərir Qarabağ 10 oktyabr, 2026 14:30 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan hökuməti Qarabağın bərpası və sakinlərin regiona qayıtması üçün şəraitin yaradılması istiqamətində fəal iş aparır.
Bu barədə "Report" un Qarabağa ezam olunan əməkdaşına "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçıları tərkibində bölgəyə səfər edən Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko bildirib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin regionun bərpası istiqamətindəki səyləri artıq nəticəsini verir. O qeyd edib ki, bərpa işləri o cümlədən Xankəndi və Laçında da aparılır, orada sakinlərin qayıtması və gələcək inkişaf üçün şərait yaradılır.
"Biz insanların, məktəbə gedən şagirdlərin xoşbəxt üzlərini görürük. Bu, burada həqiqətən həyatın olmasından xəbər verir. Uşaqların olduğu yerdə isə gələcək var", - o qeyd edib.
Səfir həmçinin məmnunluqla vurğulayıb ki, Azərbaycan yaşayış məntəqələrinin bərpası zamanı müasir texnologiyaları, o cümlədən "yaşıl" energetika sahəsində fəal şəkildə tətbiq edir.
"Biz burada artıq həyata keçirilmiş layihələrə heyranıq və arzu edirik ki, tarixən burada yaşamış mümkün qədər çox sakin öz torpaqlarına qayıtsın", - Yesaulenko deyib.
Diplomat həmçinin, Xocalı soyqırımı memorial kompleksinə ziyarətini şərh edib. Onun sözlərinə görə, həlak olmuş uşaqların, yetkin və yaşlı insanların fotoşəkilləri dərin kədər doğurur və 1992-ci ilin fevral faciəsini xatırladır.
Yesaulenko vurğulayıb ki, bu kimi hadisələrin bir daha heç vaxt təkrarlanmaması üçün Xocalı faciəsini unutmaq olmaz.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Bölgə xəbərləri Sosial şəbəkələrdə paylaşın Скопировано Посол Молдовы: Счастливые лица людей в Карабахе говорят о том, что здесь действительно есть жизнь Moldovan ambassador praises reconstruction efforts in Karabakh --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 14:56 Foto Ağdaşda "Kənddən Şəhərə" yarmarkası təşkil olunur Sosial müdafiə 14:53 Camal Qamzatxanov Bakıda keçirilən mundialda bürünc medal üçün tatamiyə çıxacaq - YENİLƏNİB-4 Fərdi 14:49 Dünya çempionatı: Uşanqi Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2 Fərdi 14:32 Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb İKT 14:30 Moldovanın səfiri: Qarabağdakı insanların xoşbəxt üzləri burada həqiqətən həyat olduğunu göstərir Qarabağ 14:27 Ötən gün axtarışda olan 84 nəfər tutulub Daxili siyasət 14:18 ABŞ-də "İsayas" qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb Digər ölkələr 14:15 Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb Sənaye 14:05 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.