Konfrans Liqasının püşkü atılacaq - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılacaq.
Apasport.az xəbər verir ki, püşkatma Monakoda keçiriləcək.
Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Liqa mərhələsində 36 komanda mübarizə aparacaq. Onlar UEFA reytinqinə əsasən 4 səbətə bölünüb.
1-ci səbət: “Atalanta” (İtaliya) “Braqa” (Portuqaliya) “Ayaks” (Niderland) “Frayburq” (Almaniya) “Monako” (Fransa) “Kopenhagen” (Danimarka)
2-ci səbət: “Midtüllan” (Danimarka) “Srvena Zvezda” (Serbiya) “Gent” (Belçika) “Panatinaikos” (Yunanıstan) “Pafos” (Kipr) “Brayton” (İngiltərə)
3-cü səbət: “Luqano” (İsveçrə) “Xetafe” (İspaniya) “KuPS” (Finlandiya) “Tvente” (Niderland) “Linkoln” (Cəbəllütariq) “Borats” (Bosniya və Herseqovina)
4-cü səbət: “Sint-Tröyden” (Belçika) “Brann” (Norveç) “Harts” (Şotlandiya) “Kayrat” (Qazaxıstan) “Trabzonspor” (Türkiyə) “Universitatya Krayova” (Rumıniya)
Qeyd edək ki, yeni formatda hər komanda liqa mərhələsində 6 fərqli rəqiblə qarşılaşacaq. Görüşlərin 3-ü evdə, 3-ü isə səfərdə keçiriləcək.
Liqa mərhələsinin oyunları 15 oktyabr – 17 dekabr tarixləri arasında keçiriləcək.