İdman24
Döyüş İdmanı · APA Sport

UFC reytinqi yeniləndi – Azərbaycan döyüşçülərinin mövqeyi bəlli oldu

Mütləq Döyüş Çempionatında (UFC) yüngül çəki dərəcəsi üzrə reytinq cədvəli yenilənib.

Apasport.az xəbər verir ki, Azərbaycanın iki döyüşçüsü ilk “15-lik”dəki mövqeyini qoruyub.

Tofiq Musayev 12-ci, Rafael Fiziyev isə 13-cü pillədə qərarlaşıb. Hər iki idmançının mövqeyində dəyişiklik olmayıb.

Çəki dərəcəsinin çempionu amerikalı Castin Geycidir. İliya Topuriya, Arman Tsarukyan və Çarlz Oliveyra isə əsas titul iddiaçılarıdır.

UFC – yüngül çəki dərəcəsi üzrə “Meta” reytinqi

Çempion: Castin Geyci (ABŞ) 1. İliya Topuriya 2. Arman Tsarukyan 3. Çarlz Oliveyra 4. Maks Hollouey 5. Peddi Pimblett 6. Kuillan Salkilld 7. Tom Nolan 8. Benua Sen-Deni 9. Mateuş Qamrot 10. Maurisio Ruffi 11. Qrant Douson 12. Tofiq Musayev (Azərbaycan) 13. Rafael Fiziyev (Azərbaycan) 14. Renato Moykano 15. Esteban Riboviç

Qeyd edək ki, Azərbaycanın digər yüngül çəkili UFC döyüşçüsü Nazim Sadıxov ilk “15-lik”də yer almayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə