İdman24
Digər · APA Sport

Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər

Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmadakı fəaliyyətini davam etdirəcək.

Apasport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Argentina Futbol Assosiasiyası ilə yeni müqavilə imzalamağa razılıq verib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər arasında əldə olunan razılığa əsasən, Skaloninin yeni müqaviləsi 2030-cu ilin iyul ayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən Argentina millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında yığma 2022-ci ildə dünya çempionu olub, 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb. Argentina millisi həmçinin 2022-ci ildə Finalissima turnirinin qalibi olub.

Orijinal mənbə

İdman24 əsas səhifə