Futbol · APA Sport
“Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə

“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Münhen klubu Mərakeş millisinin yarımmüdafiəçisi İsmayıl Saibarini transfer etdiyini açıqlayıb.
Bavariya təmsilçisi futbolçu ilə 2031-ci il iyunun 30-na qədər müqavilə imzalayıb.
Qeyd edək ki, İsmayıl Səibari son olaraq Niderlandın PSV klubunda çıxış edib.
25 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 46 oyunda 18 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
O, DÇ-2026-da isə Mərakeş millisinin heyətində 3 qol vurub.