İdman24
Digər · APA Sport

"Trabzonspor"da Tomas Reys səsləri

“Trabzonspor”da Fatih Tekkenin istefasından sonra yeni baş məşqçi axtarışları davam edir.

Apasport.az xəbər verir ki, komanda hazırda Bolqarıstanın “Ludoqorets” klubunu çalışdıran almaniyalı mütəxəssis Tomas Reys ilə maraqlanır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin iddiasına görə, klub rəhbərliyi həm 51 yaşlı məşqçinin özü, həm də “Ludoqorets”lə danışıqlar aparıb.

Tərəflər arasında gün ərzində ciddi irəliləyişin baş verəcəyi və “Trabzonspor”un almaniyalı mütəxəssis üçün təyyarə hazırladığı iddia olunur.

Qeyd edək ki, Tomas Reys 2024-cü ilin iyulundan 2026-cı ilin fevralınadək “Samsunspor”a rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 72 oyunda 33 qələbə qazanıb, 18 heç-heçə edib və 21 dəfə məğlub olub.

Orijinal mənbə

İdman24 əsas səhifə