Döyüş İdmanı · APA Sport
Dakar-2026: Taekvondoçumuz yarımfinalda

Azərbaycan taekvondoçusu Adil Kazımlı (-73 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, mübarizəyə 1/4 finaldan başlayan təmsilçimiz ilk görüşdə tunisli Adem Dyebbi ilə qarşılaşıb.
Rəqibinə qalib gələn taekvondoçumuz yarımfinala vəsiqə qazanıb.