İdman24
Futbol · Report İdman

Samir Abasov: "Sabah" "Vikinq"ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Samir Abasov: "Sabah" "Vikinq"ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq" Futbol 03 noyabr, 2026 13:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Sabah" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində səfərdə "Vikinq"ə qarşı keçirəcəyi matçda öz oyun üslubunu rəqibə qəbul etdirə bilsə, meydandan qələbə ilə ayrılacaq.

Bu barədə "Report" a "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov açıqlama verib.

Mütəxəssis qarşılaşmanın çətin keçəcəyini bildirib:

"Səfərdə oynamaq çox çətin olacaq. Bu, məlum məsələdir. "Vikinq"in evdə özünəməxsus ab-havası var, çətin rəqibdir. Meydan sahibləri "Bavariya" ilə matçda 3:3 hesablı heç-heçə ediblər. Onlar üçün xal qazanmaq baxımından ən əlverişli rəqib kimi məhz "Sabah" görünür".

O, Azərbaycan təmsilçisinin gözlənilməz oyun nümayiş etdirə biləcəyini vurğulayıb:

"Rəqib "Sabah"ı nə qədər təhlil etsə də, meydandakı oyun tam fərqlidir. Məsələn, "Sabah"ın Bakıda qalib gəldiyi "Slaviya" komandası səfərdə "Fənərbağça" ilə heç-heçə oynadı. Bu, Praqa təmsilçisi üçün çox yaxşı, qəbul olunan haldır. Eyni gözlənilməzlik bu matçda da baş verə bilər. Rəqib öz oyununu diqtə edirsə, bu artıq sənin üçün problemdir. "Sabah" "Vikinq"lə matçda öz oyununu rəqibə qəbul etdirməlidir. Bunu bacarsalar, komandanın səfərdən qələbə ilə qayıdacağını düşünürəm".

Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 14:07 Cənubi Koreya və Türkiyə prezidentləri müdafiə və AES sahəsində əlaqələri genişləndirəcək Digər ölkələr 14:06 Arseniy Djioyev Azərbaycan idmançılarının reytinqində birinci pilləyə yüksəlib Fərdi 13:57 Deputat: "Regionlarındakı sahibkarlar elektron ticarətə inteqrasiya edilməlidir" Biznes 13:41 Sorğu: Ukraynalıların 60 %-dən çoxu ABŞ-nin Kiyevə təzyiq göstərdiyini hesab edir Digər ölkələr 13:34 Foto ABŞ-li ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunan kitabı təqdim edilib Daxili siyasət 13:29 UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək Futbol 13:24 "Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib Biznes 13:23 Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb Futbol 13:22 Foto Qazaxıstan və Azərbaycan Orta Dəhlizlə illik yük axınını 12 milyon tona çatdırmağı planlaşdırır İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə