Digər · APA Sport
Millətlər Liqası: IV turda 8 oyun - YENİLƏNİR

UEFA Millətlər Liqasında bu gün IV turun növbəti oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, turnir çərçivəsində ümumilikdə 8 qarşılaşma baş tutacaq.
A Liqasında dörd görüş keçiriləcək. Portuqaliya Norveçi, Niderland Serbiyanı, Yunanıstan Almaniyanı, Uels isə Danimarkanı qəbul edəcək.
B Liqasında Kosovo Avstriya ilə, İrlandiya isə İsraillə üz-üzə gələcək. D Liqasında Azərbaycan – Litva və Malta – Andorra matçları baş tutacaq.