İdman24
Formula 1 · Report İdman

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 24° C USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək Formula 1 24 sentyabr, 2026 07:00 Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

"Report" un məlumatına görə, ilk gündə iki sərbəst yürüş keçiriləcək.

Bundan əlavə, "Formula 2"də də sınaq yürüşü ilə yanaşı, sıralama turları gerçəkləşəcək.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lüis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə Oskar Piastri (Avstraliya), 2025-ci ildə Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinədək "Mersedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda da "Mersedes" liderdir - 503 xal. "Ferrari" ikinci (358 xal), "Maklaren" (306 xal) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Qran-prisində ilk günün proqramı:

10:00. "Formula 2": Sərbəst yürüş

12:30. "Formula 1": Birinci sərbəst yürüş

14:00. "Formula 2": Birinci sıralama turu

14:30. "Formula 2": İkinci sıralama turu

16:00. "Formula 1": İkinci sərbəst yürüş

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано В Баку стартует Гран-при Азербайджана "Формулы-1" Formula 1 Azerbaijan Grand Prix begins today USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 07:25 Si Cinpin: Çin və ABŞ dinc yanaşı yaşamaq üçün şərait yaratmalıdır Digər ölkələr 07:00 Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək Formula 1 06:43 Kanada ABŞ-nin mümkün hərbi müdaxiləsinə hazırlaşıb Digər ölkələr 06:17 Si Cinpin: Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır Digər ölkələr 05:49 Si Cinpin ABŞ-yə səfərə gəlib, Tramp onu hərbi bazada qarşılayıb Digər ölkələr 05:23 ABŞ maliyyə naziri Çinlə daha geniş ticarət sazişinin mümkünlüyünə əmin deyil Digər ölkələr 04:57 Böyük texnologiya şirkətlərinin və bankların nümayəndələri Ağ Evdə qəbulda iştirak edəcəklər Digər ölkələr 04:14 Anthropic rəhbəri: Süni intellekt nəzarətdən çıxarsa, bəşəriyyət üçün təhlükə yarada bilər Digər ölkələr 03:34 Serbiya lideri Avropa İttifaqına çağırış edib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə