İdman24
Digər · APA Sport

Rəhim Həsənov: ŞKRİBEKƏ QIRMIZI VƏRƏQƏ VERİLMƏLİ İDİ

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının VI turunda baş verən mübahisəli epizodlarla bağlı fikirlərini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, bildirib ki, "Qəbələ" - "Neftçi" matçında (0:3) Cavid Cəlilov səhvə yol verib.

Referi "ağ-qaralar"ın futbolçusu Alan Şkribeki sarı vərəqə ilə cəzalandırıb. Lakin Həsənovun sözlərinə görə, "Neftçi"nin legioneri oyundan uzaqlaşdırılmalı idi.

Orijinal mənbə

İdman24 əsas səhifə