Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək Qarabağ 10 oktyabr, 2026 11:06 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Qarabağda və Şərqi Zəngəzurda infrastrukturun genişmiqyaslı inkişafı regiona xarici turist axınının artmasına töhfə verəcək.
"Report" un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə "Most Traveled People" (MTP) beynəlxalq səyyahlar klubunu və "Pangea" birliyini təmsil edən filippinli səyyah Nolan Tyanko (Nolan Tiyanco) bildirib.
Tyanko qeyd edib ki, Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsini maraqla izləyir və hesab edir ki, regionun bərpası turizmin inkişafı üçün yeni imkanlar açacaq.
"İrəliləyiş görmək mənim xoşuma gəlir. Azərbaycan hökumətinin infrastrukturu necə fəal şəkildə inkişaf etdirdiyini görürəm və əminəm ki, gələcəkdə buraya daha çox turist gələcək", - o qeyd edib.
Tyanko həmçinin Qarabağın zəngin tarixi və mədəni irsini vurğulayaraq, qrupun ötən gün tanış olduğu qədim xristian abidələrini xüsusi qeyd edib.
Onun sözlərinə görə, Qafqaz özünün çoxəsrlik tarixi, mədəni müxtəlifliyi və tarixi dövrlərə aid abidələri sayəsində səyyahlar üçün xüsusi maraq kəsb edir.
Səyyah əlavə edib ki, baş vermiş dəyişiklikləri şəxsən qiymətləndirmək üçün infrastruktur layihələri başa çatdıqdan sonra Azərbaycana yenidən səfər etmək niyyətindədir.
Qeyd edək ki, bu gün "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür.
Nümayəndə heyətinin tərkibində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər daxil olmaqla 13 ölkədən 40-a yaxın şəxs var.
Bu, 2021-ci ildən bəri aparıcı beynəlxalq səyyahlar klublarının Qarabağ və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir.
Bu cür səfərlər xarici səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmağa imkan verir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Kamil Mahmudov Sosial şəbəkələrdə paylaşın Скопировано Путешественник из Филиппин: Развитие инфраструктуры привлечет в Карабах больше иностранных туристов Filipino traveler sees potential for tourism growth in Karabakh and East Zangazur --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:36 İsmayıllıda ev və köməkçi tikili yanıb Hadisə 12:23 Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb Fərdi 12:08 Foto İvan Bednarik: "Çexiya Azərbaycanla vahid tariflər və multimodal daşımaları müzakirə etməyə hazırdır" - MÜSAHİBƏ İnfrastruktur 12:06 Video Azərbaycan irsinin erməniləşdirilməsi siyasətinin qurbanlarından biri – Xancığaz kəndi Daxili siyasət 11:58 ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb Digər ölkələr 11:49 Şərqi Zəngəzurda sənaye istehsalının dəyəri son 3 ildə 12 dəfə artıb Sənaye 11:47 Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatına qələbə ilə start verib Fərdi 11:36 Foto İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Laçında olublar Xarici siyasət 11:35 Foto Bakıda Azərbaycan Pencak Silat İcmasının açılışı olub Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.