AFFA bölgə klubunu cəzalandırdı - HAKİMİ TƏHQİR ETDİYİNƏ GÖRƏ

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.
07.09.2026-cı il tarixində II Liqada II turun “Qaradağ Lökbatan”– “Şirvan” oyununda “Şirvan” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
07.09.2026-cı il tarixində II Liqada II turun “Qaradağ Lökbatan”– “Şirvan” oyununun II hissəsi “Şirvan” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Şirvan” komandası 300 manat cərimə edilsin (maddə 77.4); 07.09.2026-cı il tarixində II Liqada II turun “Ağdaş”– “Şəmkir” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1); 07.09.2026-cı il tarixində II Liqada II turun “Ağdaş”– “Şəmkir” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Ağdaş” komandası 100 manat cərimə edilsin (maddə 68); 07.09.2026-cı il tarixində II Liqada II turun “Ağdaş”– “Şəmkir” oyunu Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığı üçün “Ağdaş” komandası 200 manat cərimə edilsin (maddə 57.2); 07.09.2026-cı il tarixində II Liqada II turun “Ağdaş”– “Şəmkir” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1); 08.09.2026-cı il tarixində II Liqada II turun “Dinamo”– “Zəngəzur” oyununun 87-ci dəqiqəsində “Dinamo” komandasının 44 nömrəli futbolçusu Əli Məmmədli hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Dinamo” komandası 250 manat cərimə edilsin (maddə 51.2); 08.09.2026-cı il tarixində II Liqada II turun “Dinamo”– “Zəngəzur” oyunundan əvvəl “Zəngəzur” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 150 manat cərimə edilsin (maddə 84.1); 08.09.2026-cı il tarixində II Liqada II turun “Dinamo”– “Zəngəzur” oyununun 86-cı dəqiqəsində “Zəngəzur” komandasının 55 nömrəli futbolçusu Firuz Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zəngəzur” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7); 08.09.2026-cı il tarixində II Liqada II turun “Marafon”– “Difai” oyununun 83-cü dəqiqəsində “Difai” komandasının 71 nömrəli futbolçusu Fəzail Şirxanzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Difai” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7); 08.09.2026-cı il tarixində II Liqada II turun “Marafon”– “Difai” oyununun 90+4-cü dəqiqəsində “Difai” komandasının 21 nömrəli futbolçusu Emil Binyətzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Difai” komandası 1000 manat cərimə edilsin (maddə 52.4); 08.09.2026-cı il tarixində II Liqada II turun “Kür-Araz”– “Şəki” oyununun 29-cu dəqiqəsində “Kür-Araz” komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 300 manat cərimə edilsin (maddə 45.1); 08.09.2026-cı il tarixində II Liqada II turun “Hypers”– “Ağstafa Gəncləri” oyununun 51-ci dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 24 nömrəli futbolçusu Eşqin Kərimli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Ağstafa Gəncləri” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7); 05.09.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən “Araz Naxçıvan” – “Qarabağ” oyununun 63-cü dəqiqəsində “Qarabağ” komandasının köməkçi məşqçisi Səbuhi Həsənov meydana daxil olub hakimin qərarına etiraz edərək qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın (maddə 51.1).