İdman24
Digər · Report İdman

"Money20/20"-də finalçı kimi yarışacaq

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Money20/20"-də finalçı kimi yarışacaq Maliyyə 07 oktyabr, 2026 10:41 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək

ABB qlobal fintech ekosisteminin tanınmış platformalarından "Money20/20" tədbiri çərçivəsində keçirilən yüksək rəqabətli "The Money Awards 2026" müsabiqəsinin finalçıları sırasında qərarlaşıb. Bank "AI&Automation" kateqoriyası üzrə finala yüksəlib. ABB müsabiqədə müştərilərin süni intellekt əsaslı fərdi maliyyə menecerləri AI-nur və AI-khan layihəsi ilə iştirak edir.

Bank AI-nur və AI-khan-ı müştərilərə ötən ilin sonlarından təqdim edib. ABB mobile tətbiqinin istifadəçiləri onlarla sadəcə danışaraq şəxsi büdcələrini daha aydın nəzarətdə saxlaya, gəlir və xərclərini mütəmadi şəkildə detallı analiz edə, maliyyə davranışlarını istədikləri kimi nizamlaya bilirlər. Belə ki, AI-nur və AI-khan müştərilərin gəlir və xərclərini izləyib, maliyyə vərdişlərini yönləndirir, onların qərarlarına dəstək olur, müştərilərlə danışaraq bir çox bank əməliyyatlarını yerinə yetirir, kredit limitlərini artırıb azaldır, abunəlikləri idarə edir. Süni intellekt əsaslı fərdi maliyyə menecerlərinin imkanları getdikcə daha da genişlənir.

İstifadəyə veriləndən sonra qısa müddət ərzində müştərilər süni intellekt əsaslı fərdi maliyyə menecerləri ilə milyonlarla qarşılıqlı ünsiyyət qurublar. Layhənin qlobal müsabiqənin finalına çıxmasında onun müştəri təcrübəsində qazandığı uğurlar böyük rol oynayıb.

"The Money Awards" maliyyə xidmətləri sektorunda innovasiya, texnologiya və real təsir yaradan şirkətləri, məhsulları, tərəfdaşlıqları dəyərləndirən "Money20/20" platformasının qlobal fintech mükafatı proqramıdır. Mükafata təqdim olunan layihələri maliyyə və texnologiya sahəsinin aparıcı ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirir.

"The Money Awards 2026" qalibləri oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək "Money20/20 USA" tədbiri çərçivəsində elan olunacaqlar. ABB final mərhələsində Plaid, DriveWealth, Socure, Sardine, U.S. Bank və s. kimi tanınmış qurumlarla yarışacaq.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/ , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif İqtisadiyyat Şöbəsi Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 11:49 Beşqat olimpiya çempionu Nadya Komaneçi Bakıda keçirilən mundialın iştirakçılarına müraciət edib Fərdi 11:47 Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək Daxili siyasət 11:45 AQTA: Aqrar sahədə yeni qanun heyvan-bitki sağlamlığını inkişaf etdirəcək ASK 11:39 Astanada dini liderlərin iclasında iqlim dəyişikliyi və süni intellektlə bağlı sənədlər təqdim edilib Din 11:35 Deputat: "Kənd təsərrüfatı kooperasiyasının vaxtı hələ çatmayıb" ASK 11:26 Qaburiç: İtkin düşmüş şəxslərlə bağlı məsələ siyasətdən kənar olmalıdır Xarici siyasət 11:25 Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb Fərdi 11:23 Məcnun Məmmədov: "Aqrar sahədə yeni qanun istehsalçıları əsassız müdaxilələrdən qoruyacaq" ASK 11:23 Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə