İdman24
Döyüş İdmanı · APA Sport

Dünya Çempionatı: Daha bir güləşçimiz ilk görüşdə məğlub oldu

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Abbas Şəfiyev mübarizəyə məğlubiyyətlə başlayıb.

Apasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Qazaxıstan təmsilçisi Temirlan Murata 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.

Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Orijinal mənbə

İdman24 əsas səhifə