İdman24
Digər · APA Sport

Alonso Pedro haqda: “Gələcəkdə mütləq millidə çıxış edəcək”

“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Joao Pedronun zədə səbəbindən Braziliya millisinin qarşıdakı oyunlarını buraxmasını açıqlama verib.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis 24 yaşlı forvardın gələcəkdə “sambaçılar”ın heyətinə düşəcəyinə əmin olduğunu bildirib:

“O, yayda və dünya çempionatında baş verənləri artıq geridə qoyub. Onun əla mövsüm keçirmək üçün böyük istəyi və əzmi var. Hələlik də bunun öhdəsindən gəlir. Ona görə də yay artıq çox uzaqda qalıb.

Gələcəkdə o, mütləq milli komandaya düşəcək. Buna demək olar ki, əminəm”.

Qeyd edək ki, Joao Pedro bu mövsüm İngiltərə Premyer Liqasında çıxış etdiyi 4 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard Braziliya millisinin 2026-cı il dünya çempionatının heyətinə də daxil edilməyib.

Orijinal mənbə

İdman24 əsas səhifə