NK rəsmisi: "Qarabağ və Şərqi Zəngəzur akvakultura klasterləri üçün prioritet zonalardır"

İlham Əliyev Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika NK rəsmisi: "Qarabağ və Şərqi Zəngəzur akvakultura klasterləri üçün prioritet zonalardır" ASK 05 noyabr, 2026 10:43 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Qarabağ və Şərqi Zəngəzur ekoloji tarazlığı qorumaq şərtilə dayanıqlı akvakultura klasterinin yaradılması üçün prioritet zonalardır.
"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumunda bildirib.
"Bu iqtisadi rayonların bol və təmiz su ehtiyatları ərazidə ekoloji tarazlığı qorumaq şərtilə dayanıqlı akvakultura klasterinin yaradılması üçün prioritet zona hesab olunur. Bu ərazilərdə qurulacaq müasir, yüksək texnologiyalı müəssisələr təkcə daxili bazarı deyil, həm də regional ixrac potensialımızı daha da ciddi şəkildə artıra bilər", - deyə o qeyd edib.
Şöbə müdirinin sözlərinə görə, müşahidə olunan iqlim dəyişikliyi və su qıtlığı iqlimə dözümlü akvakultura prinsiplərinə keçidi tələb edir: "Bu məqsədlə təsərrüfatlarda süni intellekt əsaslı monitorinq sisteminin tətbiqi ön plana çıxır. Su hövzələrinin temperaturu, oksigen balansı və biokimyəvi tərkibinin rəqəmsal sensorlar vasitəsilə real vaxt rejimində izlənilməsi həm məhsuldarlığı artıracaq, həm də ekoloji riskləri öncədən proqnozlaşdırmağa imkan verəcək. Digər tərəfdən, daxili su hövzələrində yerli və endirik balıq növlərinin, xüsusilə Xəzər dənizinin qiymətli genofondunun qorunması və bərpası diqqətdə saxlanılır".
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Fatimə Bağırova Sosial şəbəkələrdə paylaşın Kopyalandı Карабах и Восточный Зангезур рассматриваются как перспективные зоны для развития аквакультуры Official: Garabagh, East Zangezur priority zones for aquaculture clusters --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 18° C Son xəbərlər 12:35 Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək Biznes 12:34 Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb Futbol 12:34 Turqay Türkyılmaz: "Türkiyə tarixinin ən yüksək balıq istehsalı həcminə nail olunub" ASK 12:32 Himalay Məmişov: "Azərbaycanda sosialyönümlü xərclər 2023–2027-ci illərdə 30 % artıb" Maliyyə 12:31 BMT rəsmisi: Dövlət institutlarına inamın artırılması olduqca mühüm məsələdir Xarici siyasət 12:29 Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb Media 12:26 DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb Hadisə 12:26 Sabah yağış yağacaq - Proqnoz Ekologiya 12:23 Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.