İdman24
Digər · APA Sport

Arda Gülər: “Mbappenin qolunu oğurladım, çünki...”

İspaniyanın “Real” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda Almaniyanın “Leyptsiq” komandasını 4:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisinin heyətində Bernardo Silva, Arda Gülər, Kilian Mbappe və Yan Diomande fərqləniblər. Qonaqların yeganə qolunu Tidiam Qomis vurub.

Görüşün 52-ci dəqiqəsində Arda Gülərin vurduğu qol maraqlı epizodla yadda qalıb. Cud Bellinqemin ötürməsindən sonra Mbappenin başla qapıya göndərdiyi topa qapı xəttinin üzərində toxunan türkiyəli futbolçu qolun müəllifi olub.

Matçdan sonra “Real Madrid TV”yə danışan 21 yaşlı yarımmüdafiəçi həmin epizoda zarafatla münasibət bildirib:

“Mbappenin qolunu oğurladım, çünki onun daha bir qol vuracağını bilirdim. Ona görə də problem yoxdur”.

Gülər komandasının çıxışından razı qaldığını da vurğulayıb:

“Çox xoşbəxtik. Düşünürəm ki, həm topla, həm də topsuz əla oynadıq. Möhtəşəm matç keçirdik. Biz “Real”ıq və hər oyunda qalib gəlməliyik”.

Türkiyə millisinin üzvü “Santyaqo Bernabeu” stadionundakı atmosferin əhəmiyyətindən də danışıb:

“Doğma meydanda azarkeşlərimizin qarşısında oynayanda onlar üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim üçün çox vacib amildir”.

Arda qarşıdakı “Barselona” ilə görüşə də toxunub:

“Bu, böyük qarşılaşmadır. Qələbə qazanmaq üçün hər şeyimizi verəcəyik. Hazırıq”.

Qeyd edək ki, UEFA “Real” – “Leyptsiq” matçının ən yaxşı futbolçusu mükafatını Kilian Mbappeyə təqdim edib. Fransalı hücumçu görüşdə bir qol vurub və Arda Gülərə məhsuldar ötürmə verib.

Orijinal mənbə

İdman24 əsas səhifə