Döyüş İdmanı · APA Sport
Boksçularımız AÇ hazırlığı üçün Gürcüstana yollanıb

Kişi boksçulardan ibarət Azərbaycan millisi Gürcüstanın Tsxaltubo şəhərində təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komanda hazırlığa bu gün 17 idmançı ilə yollanıb.
Boksçularımız sentyabrın 10-da yekunlaşacaq toplanışda Gürcüstan, Belarus və İsraillə birgə məşq edəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.
Məşqlər Bolqarıstanda baş tutacaq Avropa çempionatına hazırlığın son mərhələsidir.