Futbol · APA Sport
“Yuventus” “Atalanta”nın qapıçısını transfer etmək istəyir

“Yuventus” növbəti yay transfer dönəmi üçün “Atalanta”nın qapıçısı Marko Karneseçkini transfer etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
Turin klubu 26 yaşlı qolkiperlə uzun müddətdir maraqlanır.
Məlumata görə, ötən yay “Atalanta” Karneseçki üçün 50 milyon avro tələb edib. Lakin bu məbləğ qarşılığında transfer baş tutmayıb.
Karneseçkinin “Atalanta” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Tərəflər yeni sözləşmə ilə bağlı hələ razılığa gəlməyiblər.
Qeyd edək ki, “İnter” və İngiltərə Premyer Liqası klublarının da 26 yaşlı qapıçı ilə maraqlandığı bildirilir.