Formula 1 · F-1.az
Lindblad: Mən və komanda yoldaşım bir-birimizi qabaqlamağa çalışırıq

Arvid Lindblad Formula 1-də debüt mövsümünü keçirir və daha təcrübəli komanda yoldaşı Liam Lousonun fonunda kifayət qədər inamlı təsir bağışlayır. Britaniyalı sürücü bildirib ki, Racing Bulls-un son mərhələlərdəki güclü çıxışları müəyyən mənada onunla Louson arasındakı yaxşı iş münasibətləri ilə də bağlıdır.