AFFA İntizam Komitəsinin iclası keçirilib

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının III turunda yaşanan hadisələr də dəyərləndirilib.
Aşağıdakı qərarlar qəbul olunub:
29.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Qəbələ” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qəbələ” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
30.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
30.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
30.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
30.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Zirə” – “Neftçi” oyununun 70-ci dəqiqəsində “Neftçi” komandasının 14 nömrəli futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
30.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Zirə” – “Neftçi” oyununun 80-ci dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);
31.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sumqayıt” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);
31.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Sumqayıt” – “Qarabağ” oyununun 31-ci dəqiqəsində “Qarabağ” komandasının 20 nömrəli futbolçusu Kadi Borqes təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 45.1, 19.2);
31.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında II turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununun 85-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 55 nömrəli futbolçusu Adıgözəl Əkbərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
31.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında II turun “Qarabağ-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
01.09.2026-cı il tarixində II Liqada I turun “Qaradağ Lökbatan” – “Hypers” oyununda “Hypers” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
01.09.2026-cı il tarixində II Liqada I turun “Qaradağ Lökbatan” – “Hypers” oyununda “Hypers” komandasının 18 nömrəli futbolçusu Vüqar Əşrəfli hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Hypers” komandası 250 manat cərimə edilsin (maddə 51.2);
02.09.2026-cı il tarixində II Liqada I turun “Şəmkir” – “Marafon” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Şəmkir” komandası 100 manat cərimə edilsin (maddə 94, 99, 68);
02.09.2026-cı il tarixində II Liqada I turun “Zəngəzur” – “Ağstafa Gəncləri” oyununda “Zəngəzur” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zəngəzur” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
02.09.2026-cı il tarixində II Liqada I turun “Zəngəzur” – “Ağstafa Gəncləri” oyununun 30-cu dəqiqəsində “Zəngəzur” komandasının 99 nömrəli futbolçusu Şahin Zəkiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zəngəzur” komandası 100 manat cərimə edilsin (maddə 46).