İdman24
Futbol · Report İdman

Çeferin İnfantinodan FIFA üzvlərinin hər birinə 10 milyon dollar ödəməyi tələb edib

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 23° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Çeferin İnfantinodan FIFA üzvlərinin hər birinə 10 milyon dollar ödəməyi tələb edib Futbol 18 sentyabr, 2026 22:28 UEFA prezidenti Aleksander Çeferin FIFA-nın maliyyəsinin tam şəkildə nəzərdən keçirilməsinə çağırıb və təşkilatın 4,5 milyard funt sterlinqlik (6 milyard 25 milyon 500 min ABŞ dolları) pul ehtiyatlarının bölüşdürülməsini tələb edib.

"Report" xəbər verir ki, bu barədə "Mirror" qəzeti məlumat yayıb.

Çeferin FIFA prezidenti Canni İnfantinoya göndərdiyi məktubda dünya futbolunun ali qurumunun böyük maliyyə ehtiyatlarının bir hissəsindən istifadə etməyi və 211 üzv assosiasiyanın hər birinə 7,5 milyon funt sterlinq (10 042 500 ABŞ dolları) ayırmağı təklif edib.

"FIFA maliyyə baxımından, şübhəsiz ki, güclü olaraq qalmalı, mövcud öhdəliklərini yerinə yetirməli və müvafiq ehtiyat fondu saxlamalıdır. Bizim təhlilimiz bütün bunları tam nəzərə alıb. Lakin hazırda FIFA-nın topladığı ehtiyatlarda milyardlarla dollar var.

Bu vəsait futbola məxsusdur və futbolun inkişafına, eləcə də təşkilatın 211 üzv assosiasiyasına xidmət etmək üçün nəzərdə tutulub. Ehtiyatlılıq FIFA-nın proqnozlaşdırılan ehtiyaclarını aşan ehtiyatların bir hissəsinin məsuliyyətli şəkildə istifadəsinin mümkünlüyünün hərtərəfli araşdırılmasına mane olmamalıdır", - deyə Çeferinin açıqlamasını "Mirror" yayıb.

İyul ayında Canni İnfantinonun FIFA-nın əsas kişi və qadın yarışlarına nəzarət edəcək ayrıca şirkət yaratmaq istədiyi məlum olub. Onun fikrincə, FIFA Forward Enterprise şirkətinin yaradılması üzv assosiasiyaların gəlirlərini artırmaqla yanaşı, dünya futbolunun inkişafına da töhfə verə bilər.

FIFA isə bu layihənin 4,2 milyard dollar gəlir gətirə biləcəyini bildirib. Təşəbbüs futbol funksionerləri, federasiyalar və digər təşkilatlar tərəfindən geniş şəkildə tənqid olunub.

56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar FIFA Konqresində təşkilatın prezidenti seçilib. Daha sonra iki dəfə seçkidə alternativ namizəd olmadan yenidən FIFA prezidenti seçilib.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Чеферин потребовал от Инфантино выплатить членам ФИФА по €8,75 млн Čeferin calls on Infantino to pay €8.75 million to each FIFA member association USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 01:11 Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir Digər ölkələr 01:04 Bundesliqa: "Bavariya" 4-cü tur matçında "Union"u darmadağın edib Futbol 00:59 Tramp bəzi jurnalistlərin Ağ Evə girişini qadağan edib Digər ölkələr 00:35 "The Hill": Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayacaq Digər ölkələr 00:16 Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək Elm və təhsil 23:52 Bağça müəllimlərinin sertifikatlaşdırılması prosesinin necə aparılacağı müəyyənləşib Elm və təhsil 23:45 Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb Elm və təhsil 23:40 Bu il 48 ucqar kənddə məktəb distant təhsilə keçib Elm və təhsil 23:24 Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar Elm və təhsil Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə