Digər · APA Sport
Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi

Paraqvay millisinin qapıçısı Orlando Hill fərdi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, FIFA onu DÇ-2026-nın 1/16 finalında Almaniya ilə keçirilən görüşün ən yaxşı futbolçusu seçib.
Qolkiper matçın əsas və əlavə vaxtında 6 seyv edib. O, penaltilər seriyasında da Almaniya futbolçularının 2 zərbəsini dəf edib.
Hill qarşılaşmanı 8,2 reytinq balı ilə başa vurub.
Qeyd edək ki, Paraqvay əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Almaniyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib.