İdman24
Futbol · APA Sport

DÇ-2026-da istefa dalğası - 13 baş məşqçi postunu tərk etdi

2026-cı il dünya çempionatında baş məşqçi ayrılıqlarının sayı 13-ə çatıb.

Apasport.az xəbər verir ki, turnirdə uğursuz nəticələrdən sonra bir sıra yığmalarda istefa və göndərilmə qərarları verilib.

Sabri Lamuşi – Tunis, İsveçə 1:5 məğlubiyyətdən sonra göndərildi. Erve Renar – Tunis, qrup mərhələsində sonuncu olduqdan sonra ayrıldı. Hon Myon-Bo – Cənubi Koreya, qrupdan çıxa bilmədikdən sonra istefa verdi. Stiv Klark – Şotlandiya, qrup mərhələsində mübarizəni dayandırdı. Miroslav Koubek – Çexiya, qrupdan çıxa bilmədi. Marselo Byelsa – Uruqvay, qrup mərhələsindən sonra ayrıldı. Ronald Kuman – Niderland, 1/16 finalda Mərakeşə penaltilərlə uduzdu. Yulian Nagelsmann – Almaniya, 1/16 finalda Paraqvaya penaltilərlə məğlub oldu. Toni Popoviç – Avstraliya, 1/16 finalda Misirə penaltilərlə uduzdu. Papa Tiav – Seneqal, 1/16 finalda Belçikaya 2:3 məğlubiyyətdən sonra ayrıldı. Karlos Keyruş – Qana, 1/16 finalda Kolumbiyaya 0:1 uduzdu. Camal Sellami – İordaniya, qrup mərhələsində mübarizəni dayandırdı. Roberto Martines – Portuqaliya, 1/8 finalda İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra istefa verdi.

Qeyd edək ki, son olaraq Portuqaliya millisində Roberto Martines postundan ayrılıb.

Orijinal mənbə

İdman24 əsas səhifə