İdman24
Digər · APA Sport

Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər

Azərbaycan İdman Akademiyasında professor-müəllim heyətinin məzmunun inkişafı, müasir tədris və qiymətləndirmə strategiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil olunacaq.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan İdman Akademiyası məlumat yayıb.

Təlimlərdə Kembric Universitetinin ekspertləri Ceyms Bidl sentyabrın 7-dən 9-dək "Effektiv qiymətləndirmə", Reyçl Cefferson isə sentyabrın 10-dan 14-dək "Kurikulumun xəritələnməsi" mövzusunda mühazirələr aparacaqlar.

Orijinal mənbə

İdman24 əsas səhifə