İdman24
Futbol · APA Sport

Xabi Alonso “Çelsi”ni niyə seçdiyini açıqladı

“Çelsi”nin baş məşqçisi Xabi Alonso London klubuna rəhbərlik etmək qərarının səbəbini açıqlayıb.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Çelsi”nin dünyanın ən böyük klublarından biri olduğunu bildirib:

“Çelsi”ni niyə seçdim? Mən futbolu sevirəm, “Çelsi” isə dünyanın ən böyük klublarından biridir. Bu imkanı əldə etdiyim üçün qürur duyuram və bunu böyük şərəf hesab edirəm. Klubun böyük potensialı var. İndi məqsədim uğur qazanmaqdır”.

Qeyd edək ki, Xabi Alonso iyulun 1-də “Çelsi”nin baş məşqçisi təyin olunub. O, 2026-cı ildə London təmsilçisinin üçüncü baş məşqçisidir. Alonso bundan əvvəl Madrid “Real”ına rəhbərlik edib və 2026-cı ilin yanvarında İspaniya klubundan ayrılıb.

Orijinal mənbə

İdman24 əsas səhifə